Saytımızı qiymətləndirin


 
 

Karantini pozmaq istəyən sürücü saxlanıldı
Tarix: 25-08-2020 | Saat: 10:17
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ələt qəsəbəsinin iki sakini postdan qanunsuz keçərkən saxlanılıb ...

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) karantini pozmaq istəyən sürücü ilə bağlı məlumat yayıb.

BDYPİ-dən Qarabginfo.az-a daxil olan məlumatda deyilir:

"24.08.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhər sakini Məmmədalıyev Əbdürrəhman Tofiq oğlu idarə etdiyi “Renault” markalı, 10-JF-296 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapalı yük yerində Cəlilabad rayon sakinləri Məlikov Ramil Akif oğlu, İbrahimov Barat Zərbala oğlu və  Lerik rayon sakini Həmidov Rövşən Müseyib oğlunu Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin postundan paytaxt istiqamətinə keçirmək istəyərkən DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı avtomobilin yük yerində daşınan sərnişinlərin müvafiq icazələri olmadan karantin rejimini pozmağa cəhd etdiklərinə, eləcə də sürücünün xüsusi karantin rejimi ilə yanaşı sərnişin daşıma qaydalarını da pozduğuna görə hər birinin barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmə orqanlarına göndərilib.



Xəbəri paylaş

451 dəfə oxunub.

Digər xəbərlər