Sərkisyan Kəlbəcərdəki “erməni kilsəsi” üçün şəxsən Putinə müraciət olunmasını tələb etdi...
Tarix: 06-05-2023 | Saat: 15:36
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1189 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-05-2023 | Saat: 15:36
Bölmə:Karusel / Qarabağ | çapa göndər

"Son 2 ildə kiçik bir qrup erməni zəvvarın yalnız bir neçə dəfə Dadivanka(Kəlbəcərdə Azərbaycanın qədim Xudavəng məbədi-S.L.) getməsinə icazə veriblər, sonuncusu bir neçə ay əvvəl olub”.
Qarabaginfo.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, bunu Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “təhsil və mədəniyyət” “nazirliyi”nin “din və milli azlıqlar” departamentinin rəhbəri Aşot Sərkisyan söyləyib.
Onun sözlərinə görə, Rusiya prezidenti V.Putin Kəlbəcərdəki Xudavəng məbədi və Şuşadakı qanunsuz “erməni kilsəsi”nin “sülhməramlı”ların nəzarətində qalacağına və ermənilərin həmin məbədlərdə rahat ibadət edə biləcəyinə söz verib. Lakin 2021-ci ilin may ayından etibarən erməni zəvvarlar Xudavəng məbədinə daxil ola bilməzlər.
“Bundan əvvəl onlar rus sülhməramlılarının müşayiəti ilə qrup halında Dadivankı ziyarət etmiş, erməni din xadimləri monastırda mütəmadi olaraq liturgiya və ruhani mərasimlər yerinə yetirmişlər, lakin azərbaycanlılar tədricən erməni zəvvarların ziyarətgaha daxil olmasını çətinləşdirdilər. Baxmayaraq ki, sonradan bütün ermənilərin katolikosu II Qaregin Moskvada bütün Rusiyanın patriarxı Kirill və Azərbaycanın ruhani lideri ilə görüşərək erməni ruhanilərinin və dindarlarının Dadivanka səfərlərinin bərpası məsələsini qaldırsa da, ziyarətlərin bərpası ilə bağlı üçtərəfli danışıqlar aparılıb. Lakin, deyəsən, bu, heç bir nəticə verməyib və artıq iki ildir ki, erməni zəvvarlar Dadivanka gedə bilmirlər”.
Aşot Sərkisyan tələb edir ki, Qarabağdakı haykların Kəlbəcərdəki “erməni kilsəsi”ni mütəmadi olaraq rahat ziyarət etməsi üçün erməni apostol kilsəsinin Qarabağdakı yeparxiyası deyil, birbaşa bütün ermənilərin katolikosu müraciət etməlidir. Çünki nizamnamədə göstərilir ki, dünyanın harasında olursa olsun, əgər bu, erməni apostol kilsəsinin kilsəsidirsə, onunla bağlı məsuliyyəti II Qaregin həzrətləri öz üzərinə götürməlidir. Odur ki, şəxsən Xudavəngdəki qanunsuz erməni kilsəsinin mütəmadi ziyarətinin təşkili üçün də Rusiya lideri V.Putinə müraciət ünvanlanmalıdır. “Çünki həmin erməni kilsəsinin qarantı şəxsən Putin özüdür”- separatçı məmur belə deyib.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
23-02-2023, 10:24
Mirzoyan Suriyaya gedir - Həmkarı və Əsədlə görüşəcək
6-03-2020, 16:08
Azərbaycan koronavirusa görə ÜST-ə 5 milyon dollar ayırdı
27-05-2026, 13:18
Tahir Rzayev: Kənd təsərrüfatı strateji və milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyəti daşıyır
3-03-2022, 06:44
Aİ Ukraynaya 600 milyon avro məbləğində yardım göndərəcək
18-02-2018, 11:29
Salyanda dəhşətli yol qəzası - 2 ölü, 2 yaralı+ Fotolar
16-10-2024, 13:36
Növbəti il üçün sosial müdafiə və sosial təminat xərcləri 420 mln. manatdan çox artırılır
13-12-2017, 16:23
"İqtidarın vahid namizədi kimi Mehriban Əliyevanın irəli sürülməsi...” - Elçin Şıxlıdan sensaion müsahibə
1-01-2022, 10:40
NASA iki təhlükəli asteroidin Yerə yaxınlaşdığını bildirib


















