“Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin də görüşü gözləniləndir...”
Tarix: 02-05-2023 | Saat: 14:27
Bölmə:Karusel / Region | çapa göndər
1151 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-05-2023 | Saat: 14:27
Bölmə:Karusel / Region | çapa göndər

“Hiss olunur ki, ABŞ Azərbaycan-Ermənistan münaqişəsinə siyasi baxımdan nöqtə qoymaq əzmindədir..."
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünənki görüşündən sonra verilən açıqlamalardan belə anladım ki, danışıqlar əsasən hansısa çərçivə sazişi mətni ətrafında aparılır. Yəni konkret mətn üzərində... İlk görüşdən sonrakı bəyanatdan bəlli olub ki, həmin mətnin bir hissəsi olan yol xəritəsi də işlənəcəkdir. Və sülh prosesinin prinsipləri çərçivə sazişində öz əksini tapacaq. Postkonflikt dövründə həllini tapmalı olan məsələlər isə yol xəritəsində göstəriləcək. Yəni Azərbaycan-Ermənistan sərhədlərindəki delimitasiya və demarkasiya, həmçinin kompensasiya, təzminat, kommunikasiyaların bərpası məsələləri yol xəritəsində qeyd oluna bilər”.
Bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında dünən - mayın 1-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ Dövlət Katibi Entoni Blinkenin vasitəçiliyi ilə keçirilmiş görüşü haqda danışarkən ifadə edib.
“Ermənistan tərəfi Qarabağda məskunlaşmış ermənilərin vəziyyəti mövzusunu da yol xəritəsinə salmağa çalışır. Lakin ABŞ Dövlət Katibi Entoni Blinken ilk görüşdən sonrakı bəyanatında belə bir fikir səsləndirib ki, sazişdən sonra hər iki ölkədəki müvafiq milli azlıqlar məsələsi də hansısa mərhələdə danışıqlar mövzusu ola bilər. Yəni ermənilərin Azərbaycan Respublikasının Yuxarı Qarabağ bölgəsindəki durumu və paralel olaraq Ermənistan ərazisindən vaxtilə zorla qovulmuş Qərbi Zəngəzur, Göyçə, Basarkeçər, Dərələyəz və s. bölgələrinin sakinləri olmuş azərbaycanlıların gələcəyi məsələləri də masaya qoyula bilər. Hər halda mən belə anladım”,- deyə açıqlamasının davamında politoloq bildirib.
“Təbii, hiss olunur ki, danışıqlar çətin keçir. Ən yaxşı halda hansısa mətn paraflana bilər. Çünki xarici işlər nazirlərinin bu görüşündən bir müddət sonra Vaşinqtonda Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində də görüş keçirilərək hansısa sənədə qol çəkilə bilər. Və belə ciddi və bir neçə gün davam edən danışıqlardan sonra ölkə liderlərinin də görüşü gözləniləndir. Hiss olunur ki, ABŞ Azərbaycan-Ermənistan münaqişəsinə siyasi baxımdan nöqtə qoymaq əzmindədir. Ona görə ki, amerikanlar artıq danışıqlar masasına postkonflikt dövrünə aid məsələlərin prinsip baxımından həlli məsələsini çıxarıblar”, -deyə sabiq baş diplomat vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
31-05-2021, 10:44
Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılması barədə tapşırıq verib
20-02-2022, 11:04
Naxçıvanın sabiq prokuroru vəfat edib
3-02-2026, 17:32
Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov
11-10-2024, 14:35
Milli Məclisin sədri Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib
23-01-2023, 15:11
Dini xadimləri Milli Məclisdə toplaşacaq
22-05-2020, 16:58
Gömrükçülər gücləndirilmiş iş rejimində çalışacaq
2-06-2022, 14:18
Azərbaycana qanunsuz qızıl keçirmək istədi
14-04-2026, 11:59
Türkiyədə məktəbə silahlı hücum olub, 7 yaralı var
13-12-2024, 21:46
Əsəd Rusiyaya belə qaçıbmış... - Hamını aldadıb



















