Saytımızı qiymətləndirin


 
 

Erməni deputat Vaşinqton və Moskva görüşlərinin fərqini AÇIQLADI
Tarix: 02-05-2023 | Saat: 12:52
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Erməni deputat Vaşinqton və Moskva görüşlərinin fərqini AÇIQLADI

"Moskva və Vaşinqtonda aparılan danışıqların məzmunu demək olar ki, eynidir".

 

Qarabaqinfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində hakimiyyəti təmsil edən deputat Arman Yeqoyan deyib.

 

O, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Vaşinqton danışıqlarını “erməni xalqının arxasından gizli sövdələşmə” adlandıran müxalif deputat Geğam Manukyanın tənqidinə cavab verərkən bu fikri səsləndirib.

 

"Görüşün Moskvada baş tutacağı təqdirdə müxalifətin fikri dəyişəcəkmi?", - deyə Yeqoyan sual verib.

 

Qeyd edək ki, ötən gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş bir neçə gün davam edəcək. modern.az



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər