Saytımızı qiymətləndirin


 
 

"“Bu, bütün 400 milyon türk millətinə həqarətdir
Tarix: 29-04-2023 | Saat: 10:33
Bölmə:Karusel / Siyasət / Cəmiyyət | çapa göndər

“Bu, bütün 400 milyon türk millətinə həqarətdir”  “İlkin Qəmbərin erməni soyqırımını həqiqət kimi tanıyıb, təəssüflənməsi barədə paylaşdığı kiçik status, emosional-psixoloji "qısa qapanmanın" mənfi-zərərli ifadəsi və təsadüfi səhv sayılardı”.

Qarabaginfo.az xəbər verir ki, bunu siyasi analitik İlqar Altay sosial şəbəkədə yazıb.

O, Müsavat Partiyasının  keçmiş başqanı İsa Q”əmbbərin oğlu İlkin Qəmbərin “Böyük Ermənistan” haqda çəkdiyi animasiya filminə reaksiya verib. İlqar Altay bildirib:

“Bu gün İlkinin və dostlarının "yaradıcılıq" göstərib çəkdiyi, türk millətimizin "dost!" milləti haqqında filmə rast gəldim. İlk başlanğıcından "Böyük Ermənistan" adı eşidərkən, söndürdüm. Bu artıq, təsadüf ola bilməz. Çünki, düşünülüb, ölçülüb-biçilmiş, xüsusi işlənib ərsəyə gətirilən Yalanın istehsalıdır. Elə, ümumtürk mənafeyinə qarşı yalan-yanlışın ki, nəinki Azərbaycan xalqı, bütün 400 milyon türk millətinə həqarətdir bu!

Xüsusən də ona görə ki, əsrlərlə özünü türkün qatı ədavətli düşməni kimi aparan və hər tində, təsadüfdə fürsətcilliklə arxadan bizə ağır zərbə vuran bir kiçikcik toplumu "böyütmə" cəhdində xaricdəki bir qisim Azərbaycan türkü bulunmuş. Bu filmə baxan Türkiyə, Özbək, Qazax, Cənubi Azərbaycan, İraq və sair türklər onu çəkənlərin Azərbaycanlı olduğunu bilib, bizə nə deyərlər?! 

Atası İsa Qəmbər dediyi kimi, İlkinin yetkin, 40 yaşı və tanınmış yaradıcı kollektivi varsa, tarixi film çəkilişi üçün mövzu tapma çətinliyimi var? O yüz filmdən birisini (hələ birincisini demirəm) vətən Azərbaycan üçün çəksin də. Şərqdəki ilk demokratik, Azərbaycan Cümhuriyyəti barədə çəksin. Qədim tarixli Gök-türklərin, Atillanın və ya, Hunların, Xəzərlərin imperiyasından çəksin. Nə vacib idi, cırtdan tarixini "böyüdüb", fil kimi təqdim etmək, özü də bizlərə nifrətli cırtdanın?

Budur, artıq içimizdəki separatçılar, xomeynizm və sair "izmçilər", çölümüzdəki rəqib dövlətlərin təbliğatçıları bu yalan film və xüsusən də onun azərbaycanlı "istehsalçılarını" önümüzə çəkirlər. Ziyanlı yaramazlıq hesab edirəm belə fəaliyyəti, milli mənafeyə zidd, düşmənə xeyirli... Təəssüf!”.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər