Saytımızı qiymətləndirin


 
 

Ramdan Auraq: “Fransa Cənubi Qafqazda özünü quduz köpək kimi aparır”
Tarix: 27-04-2023 | Saat: 12:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Fransadan fərqli olaraq ABŞ, Ağ Ev administrasiyası tərəfindən Ermənistana olan bütün mövcud və aşkar simpatiyalara rəğmən, Azərbaycan və Ermənistan arasında neytral vasitəçi olmağa çalışır, sağlam sülh təşəbbüsləri irəli sürür, Azərbaycanın ərazi bütövlüyündən danışır.

Eyni zamanda, Vaşinqton Paris ilə müqayisədə ermənipərəst mövqe nümayiş etdirmir və bu iki paytaxt Azərbaycan-Ermənistan nizamlanma prosesində eyni mövqedə dayanmayıblar.

Əlcəzairli analitik, konfliktoloq, beynəlxalq məsələlər üzrə ekspert Ramdan Auraq Oxu.Az-a açıqlamasında dünyanın superdövləti adlandırılan ABŞ-nin Ermənistan-Azərbaycan nizamlanması prosesində tutduğu mövqeyi belə şərh edib:

“Türkiyə təkcə Cənubi Qafqazda deyil, bütün dünyada ciddi rol oynamağa başlayıb. ABŞ türkdilli ölkələrin Türkiyənin təsiri altına düşməsini istəmir. Ona görə də Azərbaycana qarşı kifayət qədər yumşaq ritorikadan istifadə edir, sərtlik nəzərə çarpmır. Vaşinqton göstərmək istəyir ki, türk dövlətlərinin suverenliyinin Türkiyədən daha böyük təminatçısı ola bilər, öz cəlbediciliyini nümayiş etdirir. Bu, yumşaq siyasi yanaşma cəhdidir”.

Fransanın Cənubi Qafqaz siyasətinə və Ermənistanın yanında yer almasına toxunan ekspert hesab edir ki, Paris quduz köpək kimi Cənubi Qafqazda öz payını qoparmaq, nüfuz qazanmaq, eyni zamanda imperiya komplekslərini təmin etməyə çalışır. Onun bu ambisiyaları isə ABŞ-nin, həmçinin Rusiyanın işinə maneə törədə bilər.

“Paris göstərmək istəyir ki, Fransa da Cənubi Qafqazda nüfuzu olan bir imperiyadır. Fransa regionda özü üçün yeganə rahat olan yerdə - Ermənistanın meydanında oynayır. Bu, çox çirkin yanaşmadır.

Üstəlik, unutmaq olmaz ki, Fransa təkcə Cənubi Qafqazda deyil, Aralıq dənizinin cənub-şərqində də Türkiyənin rəqibidir. Bu səbəbdən Paris Yunanıstanı dəstəkləyir, Türkiyə Respublikasının bu bölgədəki təsirini minimuma endirmək istəyir. Beləliklə, rəqabət davam edir. Cənubi Qafqaza qayıdaraq deyə bilərik ki, Fransa öz yerini Ermənistanda tapıb və indi təkcə İrəvanı deyil, İranı da dəstəkləyərək burada möhkəmlənməyə çalışır”.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər