Saytımızı qiymətləndirin


 
 

İkinci tura İnce və Ərdoğan qalsa... - Babacandan şərh
Tarix: 25-04-2023 | Saat: 12:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

İkinci tura İnce və Ərdoğan qalsa... - Babacandan şərh

 

Türkiyədə müxalifətin "Millət İttifaqı"na daxil olan DEVA Partiyasının sədri Ali Babacan prezident seçkilərinin ikinci tura qalması variantını dəyərləndirib.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, nəzəri ehtimal olaraq Məmləkət Partiyasının sədri Muharrem İnce ilə "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğanın ikinci tura qalması ssenarisini şərh edib.

 

"Əgər ikinci tura İnce və Ərdoğan qalsa, İnceyə səs vermərəm", - deyə o bildirib.

 

Xatırladaq ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər