Saytımızı qiymətləndirin


 
 

“Bu zaman İran ordusu Zəngəzurda işğalçı kimi peyda ola bilər”
Tarix: 19-04-2023 | Saat: 10:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Bu zaman İran ordusu Zəngəzurda işğalçı kimi peyda ola bilər” "Belə təəssürat yaranır ki, Ermənistan rəhbərliyi İran qoşunlarının Zəngəzura yerləşdirilməsi ideyasından ehtiyat edir. Təkliflərə baxmayaraq, iki ölkə arasında “Qarşılıqlı yardım haqqında” ikitərəfli sazişin hazırlanması barədə məlumat da yoxdur. Yəni İran hərbçisinin Ermənistan ərazisində görünməsi üçün heç bir hüquqi əsas yaradılmayıb".

Bunu Reyting.az-a Ermənistan-İran münasibətlərindən və rəsmi Tehranın Zəngəzur dəhlizinin açılmasına qarşı mövqeyindən danışarkən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

T. Zülfüqarov dediklərinə misal da çəkib:

"Tutaq ki, erməni təxribat zamanı Azərbaycan hərbçisi Zəngəzurda düşmənin atəş nöqtələrini sıxışdırmağa məcbur qalarsa, bu zaman İran ordusunun hərbçiləri orada ancaq işğalçı kimi peyda ola bilərlər”.

Sabiq nazir bildirib ki, bu, qeyri-təbii birliyin hüquqi formada rəsmiləşdirilməməsinin, baş tutmamasının iki mümkün cavabı var:

“Birincisi, Ermənistan rəhbərliyi buna hazır deyil; bu, Qərb və Rusiya ilə münasibətlər sisteminin dağılmasına gətirib çıxaracaq.

İkincisi, İran rəhbərliyi bu addım üçün Qərb və Rusiya Federasiyası ilə qarşıdurmaya hazır deyil. Bunun üçün ölkə əhalisinin etirazlarına və siyasi elitada etnik zəmində parçalanmaya da hazır olmaq lazımdır".

T. Zülfüqarov əlavə edib ki, İran-Ermənistan “müttəfiqliyinin” bu sahədə yeganə forması ərəb ölkələrindən və İranın özündən “İran vaqneritləri”n cəlb olunması ilə qanunsuz fəaliyyətdə göstərə bilər. Belə bir perspektiv isə nikbin görünmür, ilk növbədə isə Ermənistanın özü üçün.



Xəbəri paylaş

1114 dəfə oxunub.

Digər xəbərlər