Saytımızı qiymətləndirin


 
 

14 Mayda milli iradə bir daha özünü büruzə verəcək - ƏRDOĞAN
Tarix: 17-04-2023 | Saat: 16:47
Bölmə:Karusel / Region | çapa göndər

14 Mayda milli iradə bir daha özünü büruzə verəcək - ƏRDOĞAN

 

"Biz maliyyə sektorumuz üçün strateji əhəmiyyətli bir açılış edirik. Bu mərkəz Türkiyəni maliyyə sahəsində daha yüksək liqaya çıxaracaq".

 

Qarabaginfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Beynəlxalq Maliyyə Mərkəzinin açılışında deyib.

 

"İstanbulu dünyanın aparıcı maliyyə mərkəzlərindən birinə çevirdik. Ölkəmizin və dünyamızın ən prestijli layihəsini reallaşdırdıq. İstanbul Maliyyə Mərkəzi Türkiyənin dünya iqtisadiyyatındakı yerini gücləndirmək üçün uzaqgörən bir layihədir. Bu mərkəz üç qitənin qovuşduğu yer olan İstanbulda yeni maliyyə ekosistemi yaradacaq", - Ərdoğan söyləyib.

 

"Ümid edirəm ki, 14 Mayda milli iradə bir daha özünü büruzə verəcək və sevimli millətimiz “Bismillah” deyərək Türkiyə əsrinə başlayacaq. Biz vəzifəyə başlayanda BVF-ə 23.5 milyard dollar borcumuz var idi. 2013-cü ildən sonra BVF ilə heç bir əlaqəmiz olmayıb", - deyə o bildirib.(modern.az)



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər