“6-cı mərtəbə” MMC “Şərq Bazarı” kompleksində gördüyümüz işlərin pulunu vermir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “MV Group” MMC, “MECC” MMC və “İdeya Yapı” MMC-nin nümayəndələri bu gün keçirdikləri mətbuat konfransında bildirib.
Məlum olub ki, “6-cı mərtəbə” MMC “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində podratçı şirkət olub. Digər şirkətlər isə subpodratçıdır. “6-cı mərtəbə” MMC-nin təkcə “MECC” MMC-yə borcu 1 429 330 manat təşkil edir. İş adamları bildirir ki, dəfələrlə “6-cı mərtəbə” şirkətinin prezidenti Atəş Təhməzli ilə görüşsələr də, bir nəticə hasil olmayıb. “Hər dəfə eyni bəhanələrlə pulumuzu verməkdən imtina edib”, – iş adamları əlavə edib.
“6-cı mərtəbə” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Atəş Təhməzli isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.