Saytımızı qiymətləndirin


 
 

Mayda Əliyev-Paşinyan görüşü keçiriləcək
Tarix: 11-04-2023 | Saat: 10:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

Mayda Əliyev-Paşinyan görüşü keçiriləcək Son günlər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə 3 telefon danışığı aparıb. Telefon danışıqlarının əsas mövzusu isə Ermənistan-Azərbaycan münasibətləri və danışıqlar prosesi olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Past” məlumat yayıb.

Erməni nəşrinin diplomatik mənbəsi bildirib ki, indiki mərhələdə avropalılar Ermənistan-Azərbaycan danışıqlar prosesinin qarşıdan gələn görüşünü öz himayəsi altında keçirmək istəyirlər:

“Xüsusən də bizdə olan məlumata görə, onlar Paşinyan və Əliyevi qarşıdakı dövrdə Brüsseldə görmək istəyirlər.

Avropa tərəfinin bu qədər marağına baxmayaraq, Paşinyanla Əliyev arasında ilkin razılaşmaya görə, bu il mayın ikinci yarısında Vaşinqtonda görüş keçiriləcək”.

Erməni nəşrinin Ermənistan XİN-dəki mənbəsi onu da bildirib ki, tərəflərin yanaşmaları üst-üstə düşür və Vaşinqton platformasında danışıqların davam etdiriləcəyi görünür.(Yenisabah)



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər
30-06-2022, 12:58 Sabah 38° isti olacaq