Saytımızı qiymətləndirin


 
 

Polad Bülbüloğlu: "Rüstəm İbrahimbəyovun adı əsrlərlə yaşayacaq"
Tarix: 13-03-2022 | Saat: 15:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Polad Bulbuloglu can lead UNESCO

“Rüstəm İbrahimbəyovun parlaq yaradıcılığı sayəsində onun adı əsrlər boyu yaşayacaq”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O, İbrahimbəyov şəxsiyyətinin miqyasından danışıb: "Rüstəm görkəmli dramaturq, yazıçı idi. Onun teatrda, kinoda, nəsrdə böyük uğurları var. Düşünürəm ki, onun nəsli yazıçının əsərləri vasitəsilə yaşadığımız həyatı öyrənəcək. O, ən yüksək mükafatlara layiq görülüb".

Qeyd edək ki, Moskvada, Mərkəzi Kinematoqrafçılar Evində ssenarist və yazıçı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

Xatırladaq ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib.

Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb. 1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub. Onun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər
7-01-2019, 10:50 Neft bahalaşdı