Saytımızı qiymətləndirin


 
 

Nazir: Ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir
Tarix: 07-04-2023 | Saat: 14:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

Nazir: Ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları məşq etdirilir, Ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir və hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları öyrədilir.

Qarabaginfo.az xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Komando Dağ Təlim Mərkəzini ziyarəti zamanı deyib.

General-polkovnik Zakir Həsənov qeyd edib ki, Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı əməliyyatlarda Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya sübut etdi. Ordumuzun daha da qüdrətlənməsi və inkişaf etməsi istiqamətində görülən işlər hazırda da davam etdirilir. Nazir xüsusi vurğulayıb ki, bu gün bütün hərbi qulluqçularla yanaşı hərbi institutda təhsil alan gələcəyin zabitləri də öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir..



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər