"İftarda adətən “firni” deyilən ənənəvi ailə xörəyimizdən istifadə edirəm...”-Şeyxin müavini
Tarix: 31-03-2023 | Saat: 13:41
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1139 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 31-03-2023 | Saat: 13:41
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Ramazanda mədəmizdən çox, maksimum ruhiyyətimizi, mənəviyyatımızı qidalandırmalıyıq...”
“Ümumiyyətlə, digər aylarda da çox qida qəbul edən deyiləm. Çünki artıq 10 ildir ki, çəkimi boyuma uyğun olaraq saxlayıram. Boyum 1,75 metrdir, odur ki, çəkimin 75 kiloqramı ötməsinə imkan vermirəm. Hər gün piyada 8-10 km gəzməyi özümə gündəlik adət etmişəm...”
“İftarda olduğu kimi, səhərlər də adətən yüngül yeməklər qəbul edirik. İnsanlar var ki, iftarda yediyi xörəklərdən imsakda da yeyir. Amma mən baldan və kənddən gətirilmiş təmiz nehrə yağından müəyyən miqdarda istifadə edirəm”.
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında mübarək Ramazan ayı boyu imsak və iftar zamanı hansı qidaları qəbul etməsindən danışan tanınmış din xadimi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev söyləyib.
“İftarı Peyğəmbərimizin(s.ə.sə) buyurduğu kimi, ilıq su və xurma ilə açırıq ki, su insanın qida yolunu yuyur və saflaşdırır. Və bizdə bir ailə ənənəsi də var: iftarda süd və düyü unundan bişirilən “firni” deyilən xörəyi qəbul edirik. Bir də çalışdığımız qədər sulu xörəklərdən, qidalardan istifadə edirik ki, mədədə sıxıntı və çətinlik yaranmasın... Çolpa supu, eləcə də bozbaş kimi xörəkləri də yeyirik. Arada plov da bişiririk. Amma onu hər gün yemirik ki, ağırlıq olmasın”-deyə həmsöhbətimiz davamında bildirib.
Din xadimi oruc tutanlara digər bir sıra məsləhətlər də verib:
“Bilməyənlər üçün onu da deyim ki, azan əsnasında iftarı açandan sonra şam namazını qılıb sonra digər xörək və içkilər qəbul etmək məsləhətdir. Çünki bir az fasilə olmalıdır ki, mədə dərhal yüklənməsin... Ümumiyyətlə, öncə dediyim kimi, Ramazanda insan mümkün qədər yüngül qidalanmalıdır ki, o qida onun mədəsini və digər orqanlarını sıxıb əziyyət yaratmasın...
Onu da deyim ki, mən, ümumiyyətlə, digər aylarda da çox qida qəbul edən deyiləm. Çünki artıq 10 ildir ki, çəkimi boyuma uyğun olaraq saxlayıram. Boyum 1,75 metrdir, çəkimin də 75 kiloqramı ötməsinə imkan vermirəm. Hər gün piyada 8-10 km gəzməyi özümə gündəlik adət etmişəm... Səhərlər yüngülvari digər idman təmrinləri edirəm. Rayona gedəndə oradakı həyət-bacamızda ağacları budamaq, diblərinin bellənməsi və s. kimi yüngül fiziki işlər görürəm...
Biz Ramazanda mədəmizdən çox, maksimum ruhiyyətimizi, mənəviyyatımızı qidalandırmalıyıq. Namazlarla, dualarla, zikrlərlə... Mən Ramazanda vaxtımın çoxunu Quran oxumağa sərf edirəm. Və gecələr də çalışıram oyaq qalıb müxtəlif ibadətlər edəm. Əslində mömin bu şeyləri deməməli, qabartmamalıdır. Sadəcə, məlumat üçün, digərlərinə yaxşı nümunə göstərmək məqsədi ilə sizə deyirəm”- deyə şeyxülislamın müavini vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
8-07-2021, 17:56
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
10-06-2021, 15:56
Zəngilannın Məmmədbəyli kəndi - VİDEO
25-11-2024, 08:14
Axios: ABŞ nümayəndəsi Livan üzrə məsləhətləşmələrdə iştirakını dayandırmaqla hədələyib
24-11-2024, 18:16
İran, Almaniya, Britaniya və Fransa xarici işlər nazirlərinin müavinləri görüşəcək, Tehranın nüvə proqramı müzakirə olunacaq
30-12-2024, 13:33
Rusiya XİN Moskvadan Nyu-Yorka və Vaşinqtona uçan xüsusi təyyarə reysinə aydınlıq gətirib
27-01-2022, 15:51
"Qardaşım qeyri-yaşayış obyekti tikir" - Generaldan Açıqlama
13-05-2025, 14:10
Rusiyada Putinin keçmiş dostuna 14 il həbs cəzası kəsilib
27-02-2019, 14:24
Milli Şuranın mitinqinə icazə verilmədi
15-06-2023, 13:36
Prezident: Güclü hərbi potensial müstəqilliyin qarantıdır
17-05-2025, 19:51
Rusiyada santexnik “İsgəndər” raketinin yaradıcısını öldürüb-FOTO