Saytımızı qiymətləndirin


 
 

Putin Rusiyanın Latviya və Estoniyadakı səfirlərini vəzifələrindən azad etdi
Tarix: 31-03-2023 | Saat: 13:38
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyanın Latviya və Estoniyadakı səfirləri Mixail Vanin və Vladimir Lipayev vəzifələrindən azad ediliblər.

Qarabaginfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı Sərəncam imzalayıb.

“Lipayev Vladimir Georgiyeviç Rusiyanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin. Mixail Valentinoviç Vanin Rusiyanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – Sərəncamda deyilir.

Diplomatların işdən çıxarılmasının səbəbləri açıqlanmır.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər