Saytımızı qiymətləndirin


 
 

Yeni agentliyin sədri kimdir? - DOSYE
Tarix: 30-03-2023 | Saat: 15:49
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Yeni agentliyin sədri kimdir? - DOSYE

 

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

 

Qarabaginfo.az xəbər verir ki, Zaur Mikayılov bu təyinatadək “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri olub.

 

Yeni sədri daha əvvəl “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayında bu vəzifəyə təyin olunan Z.Mikayılov 2021-ci ilin yanvarında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri postuna təyinat alıb.

 

O, 2001-2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

 

Daha sonra Zaur Mikayılov “PASHA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.

 

“Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə Zaur Mikayılov “Agro Dairy” MMC-də baş direktor vəzifəsində işləyib. Adıçəkilən şirkət “PASHA Holding”in strukturuna daxildir.

 

Qeyd edək ki, Zaur Mikayılov Bosfor Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər