Saytımızı qiymətləndirin


 
 

“Rəngli inqilablar”ın əsas təşkilatçısı indi də Qazaxıstana “yaxınlaşır”– Putinin xüsusi nümayəndəsi
Tarix: 28-03-2023 | Saat: 14:23
Bölmə:Karusel / Region | çapa göndər

“ABŞ bütün dünyada “rəngli inqilabların” təhrikçisi olub və indi də Rusiyaya ən yaxın olan ölkələrə “yaxınlaşmağa” başlayıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi Sergey İvanov bildirib.

“Elə il olmur ki, amerikalılar haradasa – Latın Amerikasında, Afrikada, Avrasiyada rəngli inqilab etməsinlər”, – İvanov deyib. Onun sözlərinə görə, indi ABŞ Qazaxıstan və Belarusa yaxınlaşır.

İvanov ABŞ-ın Qazaxıstan və Belarusa təsiri ilə bağlı digər təfərrüatları açıqlanmayıb.

Bir müddət əvvəl Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ikinci dərəcəli sanksiyaların qarşısını almaq üçün ABŞ-la sıx iş aparıldığını bəyan etmişdi. Nazirin sözlərinə görə, ABŞ Qazaxıstanı ikinci dərəcəli sanksiyaların tətbiqinin mümkün olduğu hallar barədə əvvəlcədən məlumatlandırır.(Azpost.info)



Xəbəri paylaş

1108 dəfə oxunub.

Digər xəbərlər