Saytımızı qiymətləndirin


 
 

“Yeni nazir gələn kimi uzun müddət çalışan işçini işdən çıxarır” –SİYAVUŞ NOVRUZOV
Tarix: 17-03-2023 | Saat: 17:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Bələdiyyələrin torpaqlarının xəritələri hələ də verilməyib. Bələdiyyə mülkiyyətinə çox yerdə sahib çıxıblar”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov deyib ki, qanunla bələdiyyələrə verilən mülkiyyət onlara geri verilsin: “Qəbiristanlıqlar da qanunla bələdiyyələrə verilib, lakin ortada iş yoxdur”.

Deputat qeyd edib ki, bir də görürsən hər hansı nazirlikdə rəhbər şəxslə bağlı dəyişiklik olur, yeni gələn vəzifəsinin icrasına başlayan kimi uzun müddət çalışan işçini işdən çıxarır. Çıxarılan şəxs nə korrupsiyaya yol verib, nə dövlətə xəyanət edib. Nə var ki, o biri nazir və ya icra başçısı ilə işləyib. Həmin şəxs də gözləyir ki, bir pillə irəli çəkəcəklər, amma əksinə, işdən çıxarırlar”, – deyə Səyavuş Novruzov bildirib.



Xəbəri paylaş

1132 dəfə oxunub.

Digər xəbərlər