Saytımızı qiymətləndirin


 
 

  Polkovnikin həbs müddəti azaldıldı
Tarix: 16-03-2023 | Saat: 16:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Polkovnikin həbs müddəti azaldıldı

 

Bakı Apellyasiya Məhkəməsində rüşvətdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin sabiq rəisi, polkovnik Rövşən Babayevin Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

 

Qarabaqinfo.az xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

 

Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilərək R.Babayevin həbs müddəti 4 ildən 3 ilə endirilib.

 

Qeyd edək ki, R.Babayev 2021-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı vəzifə başında rüşvət alarkən saxlanılıb. Məlum olub ki, o, 2016-2019-cu illərdə komissarlığın hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Yaşar Hüseynov və digər 3 nəfərlə əlbir olaraq 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsinə şərait yaradıb. Bunun müqabilində 22 min 800 manat rüşvət alıb.

 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Babayev 4 il, Yaşar Hüseynov 3 il azadlıqdan məhrum edilmişdi. modern.az



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər