Saytımızı qiymətləndirin


 
 

İnam Kərimov Xaçmazda vətəndaşları qəbul edəcək
Tarix: 16-03-2023 | Saat: 11:05
Bölmə:Karusel / Region | çapa göndər

 

İnam Kərimov Xaçmazda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 12-də, saat 09:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Qarabaqinfo.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.

 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər
20-08-2021, 15:21 Paşinyan Rusiyanı seçdi
14-01-2020, 15:19 Deputatlara pul payladılar