Tarix: 20-09-2022 | Saat: 17:37
Bölmə:Hadisə / Karusel | çapa göndər
Bakı sakini Fərid Xudatzadə özünü DTX əməkdaşı kimi təqdim edərək iki nəfərə qarşı dələduzluq edib.
Qarabaginfo.az-ın məlumatına görə, o, özünü Dövlət Təhlükəsizliyi Xidmətində baş leytenant işlədiyini bildirib vətəndaş Pərviz Məmmədovdan 6150 manat alıb. Onu DTX-də sürücü kimi işə düzəldəcəyini bildirib. O eyni əməli Pərvizin tanışı Roman İbrahimova qarşı da törədib. F.Xudatzadə Romandan 3030 manat alaraq onu da qurumda sürücü kimi işə qəbul etdirəcəyini bildirib. Lakin vədinə əməl etməyib. Daha sonra onun ümumiyyətlə yalan danışdığı, DTX-də işləmədiyi məlum olub.
Fərid Xudatzadənin əməlləri ilə bağlı cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4 312.2-ci (Rüşvət vermədə iştirakçılıq) maddələri ilə ittiham elan olunub. Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Digər xəbərlər