Saytımızı qiymətləndirin


 
 

İranın casus şəbəkəsinin kökünü necə qazımalı? - Sabiq nazirdən sensasion təklif
Tarix: 13-03-2023 | Saat: 12:35
Bölmə:Karusel / Region | çapa göndər

İranın casus şəbəkəsinin kökünü necə qazımalı? - Sabiq nazirdən sensasion təklif

“Azərbaycanda bundan sonra da İran casuslarının həbs olunacağı istisna edilmir. İran İslam İnqilabının prinsiplərini xaricə ixrac etmək məsələsi rəsmi olaraq İranın dövlət siyasətində bəyan olunan tezislərdən biridir. Bu kimi şəbəkə sisteminin ixracı müxtəlif ölkələrdə baş verib”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

O, martın 12-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İran casus şəbəkəsinin 16 üzvünü həbs etməsinə münasibət bildirib. 

T. Zülfüqarovun sözlərinə görə, İran dəfələrlə Azərbaycanın daxili işlərinə qarışmamaqla bağlı bir sıra sənədlər qəbul edib:

“Lakin sonuncu hadisələr artıq İranın Azərbaycanın daxili işlərinə qarışması faktını özündə təsdiq edir. Azərbaycan bunun qarşısını almaq üçün konstitusional prinsiplərə uyğun olaraq hərəkət etməlidir”.

Eks-nazir xatırladıb ki, İran Konstitusiyasına görə, dinlə dövlət vəhdət təşkil edir:

“Ali Dini Lider eyni zamanda dövlət başçısıdır. Azərbaycanda isə sistem fərqlidir və din dövlətdən ayrıdır. Din məsələsi hər bir fərdin öz şəxsi işidir. Ona görə də İranla aramızda bu məsələdə fərqlər çoxdur. Məhz bunun üçün də Konstitusiyada təsbit olunmuş vəziyyəti qorumalıyıq. Xüsusi xidmət orqanları da öz fəaliyyətlərini konstitusional tələblərə uyğun həyata keçirməlidir”.

İran casus şəbəkəsinə qarşı keçiriləcək növbəti əməliyyatlara gəlincə, bu, artıq təhlükənin səviyyəsinə aid olan məsələdir. Mütəxəssislər buna real qiyməti verəcək. Təbii ki, onlar bu barədə monitorinq keçirirlər. Həmçinin, Şuşa Bəyannaməsinə uyğun olaraq, Türkiyə ilə qarşılıqlı öhdəliklərimiz var. Bu da ondan ibarətdir ki, dövlətlərimizə qarşı təhlükələrin monitorinqi keçirilməli və müştərək fəaliyyət aparılmalıdır. Aparılır da...

Qısası, Konstitusiya dəyərlərimiz müdafiə etməliyik”.



Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər