Tarix: 22-06-2023 | Saat: 13:55
Bölmə:Karusel / Dünya | çapa göndər
"Kreml Ukrayna Silahlı Qüvvələrinin Çonqarski körpüsünü atəşə tutmasına münasibət bildirmir".
Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Rusiya və AEBA Zaporojye AES-də əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Qərb Kiyevə maksimum təzyiq göstərir ki, son əsgərinə qədər döyüşməyə davam etsin. Zelenskinin Rusiya Federasiyasının guya Zaporojye Atom Elektrik Stansiyasında terror aktı hazırlaması ilə bağlı dediyi sözlər növbəti yalandır. Kreml Moldova hakimiyyətinin Qələbə Gününü ləğv etmək fikrinə son dərəcə mənfi yanaşır, bu qərarlar veteranların ürəyini ağrıdır. Putinlə Qətərin baş naziri arasında keçiriləcək danışıqlarda digər məsələlərlə yanaşı, enerji sektorundakı vəziyyət də müzakirə olunacaq", - o qeyd edib.
Digər xəbərlər