Saytımızı qiymətləndirin


 
 

Şəhid ailələrinin maliyyələşdirilməsi qaydası DƏYİŞDİ
Tarix: 09-03-2023 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Şəhid ailələrinin maliyyələşdirilməsi qaydası DƏYİŞDİ

 

Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib.

 

Qarabaqinfo.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, bundan sonra şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, eləcə də dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək.

 

İndiyə qədər ödəmə mənbəyi müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsi, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondları idi



Xəbəri paylaş

1147 dəfə oxunub.

Digər xəbərlər