Tarix: 02-03-2023 | Saat: 17:46
Bölmə:Karusel / Dünya | çapa göndər
Qarabaqinfo.az“Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhriyar Heydəri ölkədə son günlər məktəbli qızların zəhərlənməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, indiyə qədər ölkənin müxtəlif əyalətlərində 900-ə yaxın şagird zəhərlənib: “Hesab edirəm ki, İslam Şurası Məclisinin sədri Milli təhlükəsizlik və xarici siyasət komissiyasına bu məsələnin kəşfiyyat orqanları, habelə Səhiyyə və Təhsil nazirliklərinin məsul şəxsləri ilə birlikdə araşdırılması ilə bağlı tapşırıq verilməlidir. Bu problemin mənbəyi qısa vaxtda müəyyən edilməlidir ki, insanların narahatlığına son qoyulsun”.
Xatırladaq ki, daha əvvəl İranın Ərdəbil vilayətində 7 məktəbin şagirdləri arasında zəhərlənmə qeydə alındığı barədə məlumat yayılmışdı. Məktəblərdə şagirdlərin qaz və yaxud buna bənzər qoxu hiss etdikləri bildirilir. modern.az
Digər xəbərlər