Saytımızı qiymətləndirin


 
 

Koçaryanın törətdiyi qətliamın qurbanlarına abidə ucaldıldı - Açılışı Paşinyan etdi
Tarix: 01-03-2023 | Saat: 13:13
Bölmə:Karusel / Region | çapa göndər

Koçaryanın törətdiyi qətliamın qurbanlarına abidə ucaldıldı - Açılışı Paşinyan etdi

 

Ermənistanın paytaxtı İrəvanın mərkəzində 2008-ci il 1 mart hadisələri qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.

 

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, açılış mərasimində ölkənin baş naziri Nikol Paşinyan 15 il əvvəl başlayan mübarizənin öz məqsədinə çatdığını və bu tarixin ölkədə matəm günü kimi qəbul edilməməli olduğunu bildirib.

 

Paşinyan deyib ki, bu hadisələr o zaman ölkədə demokratiyanın olmamasının sübutudur: "Xalqın azad iradəsini sındırmaq, onları qərar qəbul etmək imkanından məhrum etmək cəhdidir. Bu gün Ermənistanda seçki saxtakarlığı artıq çevrilmiş səhifədir, ona qayıtmaq olmaz. Bunun qarantı hakimiyyət və ya partiyalar deyil, xalqdır”.

 

Qeyd edək ki, 2008-ci ildə səlahiyyət müddəti başa çatan Ermənistanın sabiq prezidenti Robert Koçaryan "Qarabağ klanı"nın digər üzvü olan silahdaşı Serj Sarkisyanın xeyrinə seçkilərin saxtalaşdırılmasına etiraz olaraq müxalifətin keçirdiyi aksiyaları silah gücünə yatırmışdı. Hadisələrdə 10 nəfər ölmüşdü.

 



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər