Saytımızı qiymətləndirin


 
 

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb
Tarix: 09-12-2020 | Saat: 20:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb

Dekabrın 9-da İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazirlər bölgədəki cari vəziyyəti, xüsusilə də 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra mövcud vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi ilə bağlı ətraflı məlumat verib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif işğal olunmuş ərazilərin azad olunmasını alqışlayıb.

Tərəflər, mehriban qonşuluq çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar. APA



Xəbəri paylaş

330 dəfə oxunub.

Digər xəbərlər