Saytımızı qiymətləndirin


 
 

Paşinyan Ərdoğanı təbrik etdi
Tarix: 28-02-2023 | Saat: 10:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

Paşinyan Ərdoğanı təbrik etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib.

Qarabaginfo.az “Past”a istinadla xəbər verir ki, son vaxtlar Ermənistan-Türkiyə münasibətləri prosesində müxtəlif dəyişikliklər baş verir.

Erməni nəşri yazır ki, Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra, rəsmi başsağlığı, humanitar yardımın göndərilməsi, xarici işlər nazirinin səfərindən sonra Ermənistan hakimiyyəti bu məsələdə, əsasən, birtərəfli olsa da, getdikcə yeni mövqeləri fəth edir.

Bazar günü Baş nazir Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 69 illik yubileyi münasibətilə təbrik edib.

Qeyd olunur ki, bu təbrik adi protokolla deyil, vasitəçiliklə baş verib.Təbriki Ermənistan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan Serdar Kılıça çatdırıb.



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər