Tarix: 27-02-2023 | Saat: 14:30
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bunu Qarabag Regional Elektrik Şəbəkəsinin Direktoru Mircəlal Hüseynov deyib.
"Cəbrayıl - Naxçıvan - Ağrı yarımstansiyaları ordan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvanı Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, "Xudafərin" və "Qız Qalası" Su Elektrik Stansiyalarında, o cümlədən Alternativ və Bərpa olunan Enerji Mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjini Azərbaycanın ümumi enerjisisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir", - deyə M. Hüseynov vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq "Cəbrayıl" Qovşaq yarımstaniyasında işlər davam edir və yekunlamaq mərhələsinə daxil olub.
Digər xəbərlər