“1000 nəfərə yaxın silahlı qüvvə ilə Ağdam-Xocalı dəhlizini açmalı idim, ancaq təəssüf ki...”
Tarix: 24-02-2023 | Saat: 12:55
Bölmə:Karusel / Müsahibə | çapa göndər
1157 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-02-2023 | Saat: 12:55
Bölmə:Karusel / Müsahibə | çapa göndər
“Bəzi qüvvələr həmin əməliyyatın həyata keçirilməsini qəsdən pozdular...”
Sabiq ədliyyə naziri Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” adlı kitabında 31 il öncə baş vermiş əsrin faciəsi – Xocalı soyqırımı ərəfəsində və sonra baş verən olaylar barədə bir çoxları mediada işıqlandırılmamış faktlar səsləndirilir.
Aktuallığını nəzərə alıb həmin kitabdan Xocalı faciəsi barədə ən vacib epizodları Moderator.az oxucularının diqqətinə çatdırırıq.
Öncə birinci Qarabağ savaşı zamanı daimi ön cəbhədə olub düşmənə qarşı təşkil etdiyi uğurlu döyüşlərə bilavasitə rəhbərlik etmiş Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini kimi çalışan general-mayor Ramiz Məmmədovun Xocalı faciəsinin baş vermə səbəbləri haqda söylədiklərini təqdim edirik:
“...1992-ci ilin yanvar ayı idi. Xocalı ermənilərin mühasirəsində idi. Qərara alındı ki, onları mühasirədən çıxarmaq üçün Ağdam-Xocalı arası dəhliz açılmalıdır. Bu məqsədlə mən Dadaş Rzayevin rəhbərlik etdiyi 500 nəfərlik Milli Ordu əsgərinə, DİN-in 150 nəfərdən ibarət xüsusi təyinatlı dəstəsinə( o vaxt “OMON” adlanırdı-S.L.), Bakı polis məktəbinin 100 nəfər kursantına, Ağdamda “Fred” Asifin rəhbərlik etdiyi taborun 50 nəfər döyüşçüsünə və “Qatır Məmməd” ləqəbi ilə tanınan Yaqub Rzayevin rəhbərlik etdiyi taborun 150 nəfərdən ibarət döyüşçüsünə - bu minvalla cəmi 1000 nəfərə yaxın silahlı qüvvəyə rəhbərlik etməklə həmin yolu-dəhlizi açmalı idim. Əfsuslar olsun ki, bəzi qüvvələr həmin əməliyyatın həyata keçirilməsini qəsdən pozdular...
3 fevral 1992-ci ildə Dadaş Rzayevin rəhbərlik etdiyi Milli Ordu taborunun əsgərləri Ağdamdan Goranboya göndərildi. Yaqub Rzayev tabeliyində olan döyüşçülərlə o vaxtkı Əsgəran rayonunun Xramort kəndi(hazırda Xocalı rayonu Pirlər kəndi-S.L.) uğrunda gedən döyüşə cəlb olundu, “Fred” Asif tabeliyində olan taborun əsgərləri ilə başqa cəbhə bölgəsinə göndərildikdən sonra mənim sərəncamımda yalnız “OMON” döyüşçüləri və Bakı polis məktəbinin kursantları qaldı...
Xocalı ilə bağlı keçiriləcək əməliyyatın bu qaydada pozulması haqda Respublikanın daxili işlər naziri Tofiq Kərimova məlumat verdim. Nazir cavab verdi ki, vəziyyətdən tam xəbərdardır. O tapşırdı ki, nə edilməli olacağını bildirəcəkdir. Bir gün sonra isə Kərimov zəng edib əmr etdi ki, Ağdamdakı “OMON” döyüşçülərindən 100 nəfərini və polis məktəbinin 100 kursantını Bakıya göndərim. Onun bu əmrini yerinə yetirdikdən sonra Ağdamda yalnız 50 nəfər “OMON” döyüşçüsü ilə qaldım...
Fevralın ortalarında ermənilər indiki Göygöl rayonunun Çaykənd, Goranboy rayonunun Manaşid və Erkeç kəndlərindən, qonşuluqda yaşayan azərbaycanlıların Todan, Sarısu və Quşçu-Armavir kəndlərinə silahlı basqınlar edib camaata məxsus 800 baş iri və xırda buynuzlu mal-qaranı aparmışdılar. Nazir Tofiq Kərimovun göstərişi ilə mən də həmin hadisələrlə bağlı sərəncamımda qalan 50 nəfər “OMON”çu ilə Goranboy və Göygöl rayonuna ezam olundum. Oradan erməniləri, bizim camaat yaşayan kəndlərin ətrafında qurduqları səngər və hücum mövqelərindən qovub apardıqları 500 baş heyvanı alıb öz sahiblrinə qaytara bildik...
Nazir Kərimov Xocalının vəziyyəti ilə yaxından tanış idi. Həmin ərəfədə o, Ağdamda olur və daim orada olan Azərbaycan Xalq Cəbhəsinin əsas liderlərindən biri, yaxın qohumu və Respublika Ali Sovetinin sədr müavini Tamerlan Qarayevlə düşmən mühasirəsində qalan şəhərimizin vəziyyətini müzakirə edirdi. Tamerlan bəy isə xocalılıara vəd verirdi ki, Ağdam-Xocalı dəhlizinin açılmasını təşkil edib onların təhlükəsizliyini təmin edəcəkdir... Lakin təəssüf ki, dəhliz açılmadı və mühasirədə qalan Xocalı camaatının bir çoxu düşmən tərəfindən vəhşicəsinə qətlə yetirildi, şikəst edildi, girov götürüldü və itkin düşdü. Onların əksəriyyəti Tamerlan Qarayevin doğma kəndi olan Ağdamın Şelli kəndi yaxınlığında qətlə yetirilmişdilər...
Ağdamın Uzundərə adlandırılan ərazisində yerləşən hərbi bazada və şəhərin mərkəzindəki “Sapyornı”(mühəndis-istehkam) adlanan keçmiş sovet-rus hərbi hissəsində ruslardan qalmış silah-sursat, hərbi texnika və avadanlıqlardan dəhlizin açılması üçün sərf edilməsi əvəzinə, əksinə, Uzundərədəki bazanın açılmasıyla nəzərdə tutulmuş tədbir qəsdən pozulmuş, Azərbaycan Xalq Cəbhəsi lider və fəallarının iştirakıyla oradan götürülən silah-sursatın bir hissəsi AXC döyüşçülərinə paylanmaqla əksər hissəsi müxtəlif istiqamətlərə daşınmışdır. Müxtəlif ünvanlara daşınan həmin silah-sursatın bir hissəsini ələ keçirə bilən düşmən silahı qüvvələri onları özümüzə qarşı istifadə etmişdir. Bir müddət sonra məlum qüvvələr əldə etdikləri bu silah-sursatdan istifadə edərək respublikada hakimiyyəti ələ keçirmişdi...
Əfsuslar olsun ki, həmin silah-sursatdan, hərbi texnika və avadanlıqlardan respublikada yenicə təşkil olunmuş Müdafiə Nazirliyinin Milli Ordusuna və DİN-ə verilməmişdir...
Həmin dövrlər düşmənlə keçirilən əksər döyüşlərdə qələbə bizim tərəfimizdə olurdu. Lakin hərbi rəhbərliyin və hakimiyyəti ələ keçirməyə cəhd edən qüvvələrin xəyanəti sonradan məğlubiyyətimizə səbəb olurdu... Hətta elə olurdu ki, Milli Ordumuzun təxribatla məşğul olan döyüşçüləri bizi güllə atəşinə tuturdu. Belə halların şahidi çox olmuşam. Bunun səbəbini, həmin döyüşçülərə rəhbərlik edən komandirlərdən soruşduqda cavabları bir olurdu: guya səhv nəticəsində belə hallara yol veriblər...”
(Davamı var)
Xəbəri paylaş
Digər xəbərlər
7-11-2022, 10:54
Çempionlar Liqasında pley-off - Cütlüklər bəlli olur
20-05-2022, 10:04
Ukrayna Baş Qərargahı Rusiyanın müharibədəki itkilərini açıqlayıb
9-08-2019, 14:45
Bu jurnalistlərin övladları tələbə adı qazandılar - SİYAHI+ FOTOLAR
21-03-2022, 21:35
Çexiyanın keçmiş baş naziri fırıldaqçılıqda ittiham edilir
2-06-2020, 15:40
Jurnalistlərin binası ilə bağlı son durum
15-09-2023, 17:24
Hava yenidən pisləşəcək - Leysan, dolu, sel...
23-11-2020, 11:34
Teymur Rəcəbov bu gün erməni rəqibi ilə qarşılaşacaq
3-06-2021, 10:40
İşğaldan azad edilən ərazidə narkotik aşkarlandı
7-04-2023, 09:54
Dövlət başçısı: Azərbaycan ÜST-lə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək