Saytımızı qiymətləndirin


 
 

Bayden Kiyevə qatarla gedibmiş
Tarix: 20-02-2023 | Saat: 15:45
Bölmə:Karusel | çapa göndər

Bayden Kiyevə qatarla gedibmiş

 

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden bu gün gözlənilmədən Kiyevə səfər edib.

 

Qarabaginfo.az xəbər verir ki, "New York Times" qəzeti Baydenin Kiyevə səfərinin təfərrüatlarını açıqlayıb.

 

Bildirilir ki, bazar günü axşam Ağ Ev Baydenin səfər cədvəlini yayımlayıb. Bayden şənbə gecəsi həyat yoldaşı Cill ilə bir restoranda şam yeməyi yeyib, sonra xəbərdarlıq etmədən Vaşinqtonu tərk edib. Cədvəl açıqlanan zaman o, artıq Polşanın paytaxtı Varşavada olub. Daha sonra Bayden Polşa ilə sərhəddən qatarla Kiyevə gedib.

 

Kiyevə səfər təhlükəsizlik məsələlərinə görə gizli həyata keçirilib. Plana əsasən, sabah Baydenin Polşaya səfəri və Polşa prezidenti Duda ilə görüşü var. Ukraynaya səfərin ABŞ prezidentinin iş qrafikinə təsir edib-etməyəcəyi məlum deyil.

 



Xəbəri paylaş

119 dəfə oxunub.

Digər xəbərlər