“Finlandiya NATO-ya İsveçlə eyni vaxtda üzv olmaq istəyir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin deyib.
“Bu, təkcə bizim yaxşı tərəfdaş olduğumuza görə deyil, həm də NATO-nun təhlükəsizlik planlaması ilə bağlıdır. Ölkələrimizin eyni vaxtda qoşulması həm bizim, həm də NATO-nun maraqlarına uyğundur”, – Marin bildirib.
Baş nazirin sözlərinə görə, Finlandiya İsveçin NATO-ya daxil olması ilə razılaşmayan Türkiyə və Macarıstana aydın siqnal göndərib.(azpost.info)