Ana Sayfa > Karusel / Dünya > “Finlandiya NATO-ya İsveçlə eyni vaxtda üzv olmaq istəyir”- Sanna Marin

“Finlandiya NATO-ya İsveçlə eyni vaxtda üzv olmaq istəyir”- Sanna Marin


18-02-2023, 14:55. Yazar: Admin

“Finlandiya NATO-ya İsveçlə eyni vaxtda üzv olmaq istəyir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin deyib.

“Bu, təkcə bizim yaxşı tərəfdaş olduğumuza görə deyil, həm də NATO-nun təhlükəsizlik planlaması ilə bağlıdır. Ölkələrimizin eyni vaxtda qoşulması həm bizim, həm də NATO-nun maraqlarına uyğundur”, – Marin bildirib.

Baş nazirin sözlərinə görə, Finlandiya İsveçin NATO-ya daxil olması ilə razılaşmayan Türkiyə və Macarıstana aydın siqnal göndərib.(azpost.info)


Geri dön