Saytımızı qiymətləndirin


 
 

Zəlzələ bölgəsində 3-4 mərtəbəli binalar tikiləcək
Tarix: 18-02-2023 | Saat: 11:25
Bölmə:Karusel / Region | çapa göndər

Zəlzələ bölgəsində 3-4 mərtəbəli binalar tikiləcək

 

Türkiyənin zəlzələdən zərər çəkmiş 10 vilayətində məskunlaşma sahələri müəyyən edilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

 

Onun sözlərinə görə, zəlzələ bölgəsində hündürmərtəbəli binalar inşa edilməyəcək: "Komandalarımız ərazilər üzrə ətraflı geoloji tədqiqat hesabatları hazırlayır. Tikiləcək yaşayış binaları 3-4 mərtəbədən artıq olmayacaq".

 

Nazir vurğulayıb ki, bir həftə ərzində 10 vilayətdə bütün zərər qiymətləndirmə işləri tamamlanacaq, mart ayında evlərin tikintisinə başlanılacaq.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində 40 minə yaxın insan ölüb.(modern.az)



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər