Saytımızı qiymətləndirin


 
 

Oliqarx oğlu “Hummer”lə İrəvanı qarışdırdı
Tarix: 11-02-2023 | Saat: 13:38
Bölmə:Karusel / Region | çapa göndər

Oliqarx oğlu “Hummer”lə İrəvanı qarışdırdı - Video

Ötən gün İrəvanın mərkəzi küçələrində gərgin vəziyyət yaradan “Hummer” markalı avtomobilin sürücüsünün narkotikin təsiri altında olduğu iddia edilib.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi hadisənin təfərrüatlarını təqdim edərkən məlumat yayıb.

Belə ki, ötən gecə təxminən saat 23:30 radələrində gənc sürücü İrəvanın Respublika meydanında patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq “Hummer” markalı avtomobilə benzin doldurmaq üçün onlardan pul tələb edib.

“O, rədd cavabı aldıqdan sonra avtomobili Abovyan küçəsi istiqamətində sürüb. Təqsirləndirilən şəxs polis əməkdaşlarının “saxla” işarəsinə tabe olmayıb, avtomobili idarə etməyə davam edib. “Hummer” markalı avtomobilin sahibi Tiqran Mets, Amiryan küçələrində, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş yerlərdə, habelə küçələrdə dayanmış 8 mülki avtomobilə qəsdən ziyan vurub”, – məlumatda deyilir.

Bundan sonra o, Ermənistan hökumətinin inzibati binasının qarşısında avtomobili hərəkət üçün nəzərdə tutulmayan ərazidə idarə edib və burada patrul xidmətinin qanuni tələbinə tabe olmamaqda davam edərək patrul xidmətinin əməkdaşını əzib və 3 patrul xidməti avtomobilinə qəsdən ziyan vurub.

Patrul əməkdaşları yaxın məsafədən yuxarıda adı çəkilən avtomobilin təkərlərinə odlu silahla bir neçə dəfə atəş açaraq onu saxlamağa çalışsalar da, sürücü hərəkətə davam edib. Daha sonra sürücü maşını qoyub qaçıb.

Araşdırmalar nəticəsində məlum olub ki, “Hummer” fevralın 11-də saat 01:40 radələrində Ararat rayon sakininə məxsusdur.

Avtomobili narkotik vasitənin təsiri altında olduğu deyilən oğlu G.S. idarə edib. Oğlunun narkoman olduğunu bilən ata avtomobilin açarlarını ondan gizlədib, lakin gənc oğlan ehtiyat açarı axtararaq tapıb və rayondan İrəvana gələrək narkotikdən istifadə edib.

Faktla bağlı cinayət işi başlanıb.(Yenisabah.az)



Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər