Tarix: 01-08-2020 | Saat: 14:02
Bölmə:Karusel / Siyasət | çapa göndər
Dünyadakı insan haqları üzrə təşkilatların əslində müəyyən qrupların əlində təsir mexanizmi olması çoxdan məlum olan məsələdir. Bu qərəzli təşkilatlardan biri də - "Human Rights Watch" təşkilatıdır. Azərbaycanda və İsraildə insan haqları məsələsinə “həssas” yanaşan bu qurum nədənsə məsələ Ermənistan və bir sıra digər dövlətlər olduqda susmağa üstünlük verir. Elə bu qərəzli siyasətlə bağlı ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri (https://www.wsj.com/articles/a-selective-opponent-of-settlers-11579046287?mod=searchresults&page=1&pos=1) bu beynəlxalq insan haqları təşkilatının ermənilər tərəfindən işğal altındakı torpaqlarda məskunlaşma siyasəti ilə bağlı ikiüzlü yanaşmasını ciddi şəkildə tənqid edib. Məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçdir.
İş orasındadır ki, "Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika regionları üzrə direktoru Sara Li Uitson erməni ailəsində anadan olub, erməni diasporunun maliyyələşdirdiyi şəxslərdən biri kimi tanınmaqdadır. Azərbaycanı tez-tez tənqid edən xanım Sara Li Uitson təşkilatının beynəlxalq imicinə ciddi şəkildə zərbə vurmaqla məşğuldur. Bu xanım bu yaxınlarda İsrailin İordan çayının qərb sahilində apardığı məskunlaşmanı kəskin şəkildə tənqid edib. Qeyd etmək yerinə düşər ki, bu onun ilk belə tənqidi deyil. Maraqlıdır kİ, İsrailin İordan çayının qərb sahilində məskunlaşma siyasətini tənqid edən “Human Rights Watch” işğalçı dövlət olan Ermənistanın Qarabağ və ətraf rayonlardakı məskunlaşma siyasəti qarşısında susmağa üstünlük verir. Məhz bu məntiqi sualı “The Wall Street Journal"ındakı yazısında müəllif Yevgeni Kontoroviç oxucularına ünvanlayır.
Məqalədə xanım Uitsonun Yaxın Şərqdə və Cənubi Qafqazdakı məskunlaşma siyasətinə fərqli və ikiüzlü yanaşması ciddi şəkildə tənqid olunur. Müəllif yazır kU, Ulitson işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmanı dəstəkləyir. “Human Rights Watch” təşkilatının bu yüksək çinli nümayəndəsi, eyni zamanda, Qarabağda qanunsuz şəkildə yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilatlara dəstək verir. Son zamanlar qanunsuz şəkildə suriyalı erməni qaçqınların işğal altındakı torpaqlarda yerləşdirilməsi də bu dəstəyə misallardan biridir.
Sara Li Uitson qatı İsrail və türk düşməni olmasını özü də bir neçə dəfə təsdiq edib. Belə ki, çıxışlarının birində o bildirib: “Mən İsrailin məqsədinin nə olduğunu çox yaxşı başa düşürəm. İsrailin strategiyası fələstinlilərin tarixi torpaqlarından çıxarılmasına istiqamətlənib. Mən başa düşürəm ki, məndə erməni qanı axır”.
Görünür, son dövrlərdə Tramp və Netahyahunun Qüdslə bağlı planları bu şəhərə ərazi iddiası olan erməni diasporunu həm də Qüdsdə erməni məhəlləsində anadan olan Sara Li Uitson vasitəsilə hərəkətə keçirib. Xatırladaq ki, artıq iki ildir, Ermənistanın müxtəlif rəsmiləri, İsraildəki erməni diasporu və digər ermənipərəst lobbistlər Qüdsün gələcəkdə bölünməsinə qarşı çıxaraq bildiriblər ki, bu şəhər həm də tarixi erməni şəhəridir və Qüdslə bağlı planlarda erməni kilsəsinin və diasporunun maraqlarının nəzərə alınmaması yolverilməzdir.
Belə. Görünən odur ki, “Human Rights Watch”, “Amnesty International” və sair kimi təşkilatlar bundan sonra da öz ikili standartlara cavab verən siyasətlərini davam etdirəcəklər. Bu gün bəhs etdiyimiz hadisə bir daha Azərbaycan və İsrailin dünya arenasında birgə fəaliyyət göstərmələrini aktual edir. Bu hadisə bir daha göstərmiş oldu ki, yəhudilər tarixdə olduğu kimi, bu gün də, ermənilər üçün düşmən olaraq qalmaqdadırlar. Tarixdə Azərbaycan türklərinə qarşı soyqırımı törədən, yəhudi qırğınlarına bais olan ermənilər öz çirkin siyasətlərini davam etdirməkdədirlər. APA
Zaur Məmmədov
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi
Bakı Politoloqlar Klubunun sədri
Digər xəbərlər