Saytımızı qiymətləndirin


 
 

Lavrovla Mirzoyan arasında telefon danışığı - Nələr müzakirə olundu?
Tarix: 10-02-2023 | Saat: 14:37
Bölmə:Karusel | çapa göndər

Lavrovla Mirzoyan arasında telefon danışığı - Nələr müzakirə olundu?

 

Ermənistanın XİN başçısı Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

 

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məluma yayıb.

 

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər. Bildirilib ki, Ararat Mirzoyan və Sergey Lavrov arasında telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Mirzoyan rusiyalı həmkarını Diplomatiya İşçiləri Günü münasibətilə təbrik edib.

 

Onlar Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sənədlərin həyata keçirilməsi üzrə işlərin tezliklə bərpasının, o cümlədən İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılmasının vacibliyini müzakirə ediblər. Söhbət zamanı həmçinin nəqliyyat-iqtisadi əlaqələrin açılmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının vacibliyinə toxunulub.



Xəbəri paylaş

142 dəfə oxunub.

Digər xəbərlər