Xəbər verdiyimiz kimi, fevralın 6-da Kahramanmaraşın Pazarcık rayonunda qeydə alınan güclü zəlzələ Türkiyənin 10 vilayətində dağıntı və itkilərə səbəb olub.
Qarabaginfo.az xəbər verir ki, zəlzələ nəticəsində ümumillikdə 5 775 bina dağılıb.
Belə ki, on minlərlə insan təlafatına səbəb olan binaların zəlzələyə və digər təbii fəlakətlərə dayanıqlı olmaması insanların haqlı narazılıqlarına səbəb olub.
Zəlzələdə dağılan vilayətlərindən biri olan Adanada bəzi binalardakı çatları gizlətmək üçün tikililərə suvaq vurulduğu ortaya çıxıb. Tikinti şirkətinin baş verən zəlzələdə binada yaranan çatı bu şəkildə gizlətməsi tənqid obyektinə çevrilib.