Şahbuzda oğurluq hadisəsi olub.

Qarabaginfo.az xəbər verir ki, fevralın 2-də Şahbuz rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 8 ədəd soyuducu mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Şahbuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Badamlı kənd sakinləri Ramiz Səfərov, Nuran Əsgərov, Çingiz Abbasov və Naxçıvan şəhər sakini Xəyal Musayev müəyyən olunaraq saxlanılıblar.