Saytımızı qiymətləndirin


 
 

Erməni vitse-spikeri Laçın dəhlizinə görə müxalifəti ittiham etdi
Tarix: 03-02-2023 | Saat: 14:58
Bölmə:Karusel | çapa göndər

Erməni vitse-spikeri Laçın dəhlizinə görə müxalifəti ittiham etdi

 

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan müxalifətin Laçın dəhlizi ilə bağlı Paşinyan hakimiyyətinə təzyiqindən danışıb.

 

Qarabaginfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, müxalifətin dəhlizin bağlanmasına haqq qazandırdığını deyib.

 

"Görürəm ki, parlamentdəki dinləmə zamanı müxalifət Laçın dəhlizi barədə müxtəlif fikirlər səsləndirirlər. Bəziləri hətta dəhlizini Ermənistanın bağladığını deyir. Bir məsələdə isə hamısı ortaq məxrəcə gəlir. Deyirlər ki, dəhlizin açılması üçün bu satqın hakimiyyət getməlidir. Bütün bunlar bir məqsədlə edilir. Onlar bunu niyə edirlər? Özünüz nəticə çıxarın!", - deyə Rubinyan söyləyib.

 

Qeyd edək ki, Laçın-Xankəndi yolunda keçirilən aksiya dəhlizin humanitar məqsədlər üçün istifadəsinə maneə törətmir.



Xəbəri paylaş

84 dəfə oxunub.

Digər xəbərlər