Yunanıstan Rusiya və Ermənistan daxil olmaqla 25 ölkədəki səfirini dəyişmək niyyətindədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Yunanıstanın “antinews.gr” xəbər portalı məlumat yayıb.
Portal Yunanıstan Xarici İşlər Nazirliyinin 31 yanvar 2023-cü il tarixli daxili sənədinin fotosunu dərc edib.
2023-cü ildə başqa vəzifələrə köçürülməsi nəzərdə tutulan diplomatik korpusun rəhbərləri arasında Yunanıstanın Moskva, Ankara, Brüssel, Vyana, İrəvan, Doha, Yeni Dehli, Tel-Əviv, Tokio və digər şəhərlərdəki səfirləri var.
Yunanıstan həmçinin, UNESCO yanında daimi nümayəndəsini də dəyişməyi planlaşdırır.