Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 193 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 63, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 86, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 9 nəfərdir.