Saytımızı qiymətləndirin


 
 

Putin Zelenski ilə sonuncu dəfə nə vaxt danışıb? - Peskovdan açıqlama
Tarix: 25-01-2023 | Saat: 12:53
Bölmə:Karusel | çapa göndər

 

Putin Zelenski ilə sonuncu dəfə nə vaxt danışıb? - Peskovdan açıqlama

 

Rusiya prezidenti Vladimir Putin son bir neçə ildə ukraynalı həmkarı Vladimir Zelenski ilə əlaqə saxlamayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov RİA Novosti-yə bildirib.


Onun sözlərinə görə, 2019-cu ildən bəri Rusiya dövlət başçısının Ukrayna prezidenti ilə nə şəxsi, nə də telefon əlaqəsi olub:
 

“Son bir neçə ildə Putin Zelenski ilə əlaqə saxlamayıb. Onlar sonuncu dəfə 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində görüşüblər. Orada Rusiya prezidenti Zelenskidən başqa, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri vəzifəsində çalışmış Angela Merkel ilə də ikitərəfli görüşlər keçirib”, - deyə Peskov deyib.

Həmin sammitdən sonra, Kremlin saytında qeyd edildiyi kimi, Putin Ukrayna liderini bir neçə dəfə - 2020-ci ilin fevral və iyul aylarında danışıqğa çağırıb. O vaxtdan bəri heç bir əlaqə barədə məlumat verilməyib.


2021-ci il oktyabrın sonunda Kreml Kiyevin hərəkətləri və Zelenski ilə ünsiyyətdəki çətinliklər səbəbindən iki ölkə başçılarının görüşünün xüsusi perspektivinin olmadığını bildirib.



Xəbəri paylaş

118 dəfə oxunub.

Digər xəbərlər