Saytımızı qiymətləndirin


 
 

Sərhədin 302 kilometrlik hissəsi terrorçulardan təmizlənib - AKAR
Tarix: 24-01-2023 | Saat: 14:27
Bölmə:Karusel | çapa göndər

Sərhədin 302 kilometrlik hissəsi terrorçulardan təmizlənib - AKAR

 

Türkiyə-İraq sərhədindəki 302 kilometrlik xətt təhlükəsiz vəziyyətə gətirilib.

 

Qarabaginfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.

 

"Bizim "Pəncə-Kilid" əməliyyatında müəyyən mərhələyə gəlinib. Zap bölgəsi böyük ölçüdə terrorçulardan təmizlənib. İllərdir orada olan terrorçuların mağaralarına girmişik. Yuvaları, mağaraları, sığınacaqları dağıdılıb. İraq sərhədindəki 302 kilometrlik xətt təhlükəsiz vəziyyətə gətirilib. Əməliyyatda indiyədək 506 terrorçu zərərsizləşdirilib.Terrorçuların istifadə etdiyi 600-ə yaxın mağara, sığınacaq, 2 mindən çox mina və əldəqayırma partlayıcılar məhv edilib. Əsgərlərimiz əməliyyatda terrorçulara məxsus 1174 silah və 533 min 275 sursat ələ keçirib", - deyə nazir bildirib.

 

Akar onu da qeyd edib ki, Türkiyənin hədəfi terrora son qoymaqdır.




18 dəfə oxunub.

Digər xəbərlər