Saytımızı qiymətləndirin


 
 

Lavrov Moldovaya xəbərdarlıq edib
Tarix: 01-09-2022 | Saat: 23:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya xarici işlər naziri Sergey Lavrov Moldovaya xəbərdarlıq edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə, o, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində çıxışı zamanı danışıb.

Lavrov deyib ki, Dnestryanıda Rusiya hərbçilərinin təhlükəsizliyinə xələl gətirəcək istənilən hərəkət Rusiyaya hücum kimi qiymətləndiriləcək: "Necə ki, Cənubi Osetiyada Saakaşvili sülhməramlılarımıza hücum edəndə belə olmuşdu".

Moldova Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Voda bütün azlıqların, o cümlədən rusdillilərin hüquqlarının təmin edildiyini bildirib.

"Kişinyov dinc dialoqa hazırdır və Rusiyanın bizim ərazimizdə qeyri-qanuni yerləşdirilmiş qoşunları çağırmasını istətir. Fərqli yanaşma ilə bağlı istənilən təklif əsassızdır", - o, tvitter hesabında yazıb.

Onun sözlərinə görə, Moldovada Rusiya səfirinin səlahiyyətlərini icra edən diplomatın Xarici İşlər Nazirliyinə çağırılması barədə göstəriş verilib.



Xəbəri paylaş

1176 dəfə oxunub.

Digər xəbərlər