Tarix: 28-07-2020 | Saat: 11:41
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
"Son aylar Azərbaycanda istehsal olunan balı satmaq çətinləşib".
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
"Bu ilin əvvəlindən yerli arıçılar 6 min tona yaxın bal istehsal edib. Lakin koronavirus pandemiyasına görə, məhsulun bazara çıxarılmasında çətinliklər var. Əsas satış bazarımız Bakıdır, amma hərəkət məhdudiyyətlərinə görə, arıçılar paytaxta gəlməkdə çətinlik çəkir. Əvvəlki kimi regionlarda turistlərə bal satmaq da mümkün deyil, çünki pandemiyaya görə həm yerli, həm də xarici turist axını dayanıb", - deyə o, qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, daxili bazarda əsasən xaricdən gətirilən saxta balın da həcmi artıb, bu da arıçılara problem yaradır: “Əvvəllər saxta məhsullar daxili bazarın 10-15%-ni tuturdusa, indi bu göstərici 30-40%-ə çatıb. Saxta balın kiloqramı 2-3 manata təklif olunur, bu isə qeyri-sağlam rəqabət mühiti yaradır və əsl bal istehsalçıları bu rəqabətdə məğlub olur. Son nəticədə arıçıların sayı azalır. Buna isə yol vermək olmaz. Çünki arıçılıq strateji sahədir, ekologiyaya böyük fayda verir. Bütün dünyada arıçılıq sahəsini tozlanmaya fayda verdiyinə görə qorumağa çalışırlar, inkişaf etmiş ölkələrdə bağları tozlandırmaq üçün hər arı ailəsinə vəsait ayrırlar".
Digər xəbərlər