Saytımızı qiymətləndirin


 
 

 “Paşinyanı başa salıblar ki, razılığa gəl” 
Tarix: 21-01-2023 | Saat: 11:42
Bölmə:Karusel / Region | çapa göndər

 “Paşinyanı başa salıblar ki, razılığa gəl” 

“Hesab edirəm ki, Azərbaycan gücdən istifadə edə biləcəyini Ermənistana kifayət qədər nümayiş etdirib. Ermənistan son günlər ilk dəfə bir balaca geri çəkilməyə başlayır. Əvəzində hansısa danışıqlardan və sənədlərdən bəhs edir. Ehtimal edirəm ki, proseslər siyasi yolla gedəcək. Sadəcə, Ermənistanın gücü yoxdur ki, Azərbaycana müqavimət göstərsin. Azərbaycan isə hansı imkanlara malik olduğunu Ermənistana göstərib. Eyni zamanda mesaj verib ki, gəlin, danışıqlar masasında oturun, sülh əldə edək, əks-təqdirdə problemi bildiyim yolla həll edəcəyəm”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Ermənistan baş naziri Nikol Paşinyanın ötən gün Azərbaycanla danışıqlara hazır olması barədə bəyanatından danışarkən deyib.

A. İsazadənin fikrincə, Ermənistan üçün vaxt udmaq çox vacibdir. Amma unutmayaq ki, bu məsələdə Rusiyanın təsiri də var: “Məsələn, Azərbaycan tərəfi Praqa və ya Brüsseldə Nikol Paşinyanla görüşüb, müzakirələr aparıb və hansısa məsələlərdə razılıq əldə edilib. Amma bundan sonra Paşinyan Moskvaya gedərək orada müzakirələr aparıb. Nəticədə də aydın olub ki, Paşinyan fikrini dəyişib, Brüsseldə olan müzakirələri “unudub”. Belə hallar çoxdur. Praqa görüşündən sonra Paşinyan qaçdı Moskvaya və fikrini dəyişdi. Putin ona nəsə vəd edir və durum fərqli olur”.

Hərbi ekspert əlavə edib ki, Rusiya prezidenti Putin Paşinyanın fikrini dəyişdirə bilsə də, Rusiyanın Ermənistana real köməyi yoxdur. Yəni rəsmi İrəvan Moskvadan dəstək ala bilmir və bu da Ermənistanda narazılığa səbəb olur.

A. İsazadənin sözlərinə görə, böyük ehtimalla Qərbdəki dostları N. Paşinyana izah edib ki, sənin başqa variantın yoxdur: “Onu başa salıblar ki, Rusiya çökəndən sonra səninlə danışan olmayacaq. Yəni nə qədər imkan varsa, Azərbaycanla razılığa gəl”.



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər