Saytımızı qiymətləndirin


 
 

Naxçıvanda psixoloji dəstək üçün 163 qazi və şəhid ailəsi üzvü qeydiyyatdan keçib
Tarix: 19-01-2023 | Saat: 23:03
Bölmə:Karusel / Manşet | çapa göndər

Naxçıvanda psixoloji dəstək üçün 163 qazi və şəhid ailəsi üzvü qeydiyyatdan keçib

Azərbaycan Respublikası Hökumətinin dəvəti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə yanvarın 9-dan başlayaraq qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün psixoloji yardımların göstərilməsi davam edir.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə nazirliyin psixoloqları və Türkiyə Respublikasından dəvət olunmuş ixtisaslı psixoterapevtlər tərəfindən canı-qanı bahasına torpaqlarımızı təcavüzkar düşməndən azad edərkən qazi olmuş qəhrəman oğullarımız və eləcə də onların ailələri, Vətən uğrunda, torpaq uğrunda canlarından keçən şəhidlərimizin ailələri və müharibə iştirakçılarına psixoloji dəstək göstərmək məqsədilə təşkil olunan aksiya tam ödənişsiz və könüllülük prinsipi əsasında aparılır.

 

Yanvar ayının 19-na olan məlumata görə, psixoloji dəstək aksiyasında iştirak etmək üçün, ümumilikdə bu kateqoriyadan olan 163 nəfər qeydiyyatdan keçib.

Bu müddət ərzində qeydiyyatdan keçən şəxslərdən 110-u üçün 155 seans təşkil olunub.

Hazırda seanslar növbəlilik prinsipi əsasında ardıcıl şəkildə davam etdirilir. (apa.az)



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər
14-01-2020, 14:11 İranda həbslər başladı