Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün yataqxanasında gecə saat 01:30 radələrində yanğın başlayıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Yanğın nəticəsində 15 nəfər ölüb. Daha 3 nəfərin vəziyyəti ağırdır.
Hadisənin səbəbi barədə hələlik rəsmi məlumat yoxdur. İlkin məlumata görə, yanğın qısaqapanma nəticəsində baş verib. Ancaq bu versiya hələlik rəsmi təsdiqlənməyib.