Ana Sayfa > Karusel / Region > Ermənistanda hərbi hissədə yanğın: Onlarla ölü var

Ermənistanda hərbi hissədə yanğın: Onlarla ölü var


19-01-2023, 10:47. Yazar: Admin

Ermənistanda hərbi hissədə yanğın: Onlarla ölü var

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün yataqxanasında gecə saat 01:30 radələrində yanğın başlayıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Yanğın nəticəsində 15 nəfər ölüb. Daha 3 nəfərin vəziyyəti ağırdır. 

Hadisənin səbəbi barədə hələlik rəsmi məlumat yoxdur. İlkin məlumata görə, yanğın qısaqapanma nəticəsində baş verib. Ancaq bu versiya hələlik rəsmi təsdiqlənməyib.


Geri dön